PSJ-nin idman direktoru Luis Kampos müdafiəçi Serxio Ramosun 2023-cü ilin yayında başa çatacaq müqaviləsi ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, "Fotball Espana"ya açıqlamasında deyib: “Ramosdan çox razıyam. Amma o, ötən mövsümdən narazıdır. Mən Serxionu yaxşı tanıyıram, o, çox yaxşı mövsüm keçirəcək. Ramos irəliləyir. Onun müqaviləsini yeniləmək? Niyə də olmasın".

Qeyd edək k, Ramos ötən ilin yayı azad agent kimi "Real"dan ayrılaraq PSJ-yə keçib.