
PSJ-dən kapitanla yeni müqavilə
- 20 May 2023 15:40
- 407
Fransanın PSJ klubu müdafiəçisi Markinyosun müqaviləsinin müddətini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin yayına kimi PSJ-də qalacaq.
29 yaşlı kapitan PSJ-də 2013-cü ildən çıxış edir. O, Paris təmsilçisində 405 oyuna çıxıb, 38 qol vurub.
Daha öncə “Roma” və “Korintians”da da oynamış müdafiəçi Braziliya yığmasında da 76 oyuna çıxıb, 5 qola imza atıb.