
PSJ-dən 50 milyon dollarlıq müqavilə
- 14 Apr 2022 18:20
- 434
Fransanın PSJ klubu yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.
Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu “GOAT” idman ayaqqabılarının onlayn satışı platforması ilə anlaşıb.
Üç illik əməkdaşlıq PSJ-yə 50 milyon dollar qazandıracaq. Yeni tərəfdaşın adı komandanın idman geyiminin qolunda da əks olunacaq.
PSJ “GOAT”da öz mağazası olan ilk klubdur.