
Prezident Mini Futbol Federasiyasına 1 milyon manat ayırdı
- 14 İyn 2022 19:46
- 461
Prezident İlham Əliyev Azərbaycan Mini Futbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Rekord.az xəbər verir ki, sərəncamla Azərbaycan yığma komandasının 2022-ci il mini futbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Mini Futbol Federasiyasına 1 milyon manat ayrılıb.