Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulacaq.

Rekord.az xəbər verir ki, sonuncu mərhələ də Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Son yarış günündə oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 200 metr, həmçinin, akademik avarçəkmə üzrə 1000, 1500 və 2000 metr məsafəyə final yürüşləri keçiriləcək.

Qeyd edək ki, reqataya Suqovuşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır. Reqatanın mükafatlandırma və bağlanış mərasimi Bakıda keçiriləcək.