Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün qalan hissəsində videotəkrar sistemindən – VAR-dan istifadə olunacaq.

Rekord.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

VAR sistemi Premyer Liqada 20-ci turdan 30-cu tura qədər bütün oyunlarda istifadə olunacaq.

19 turu arxada qalan Premyer Liqada “Zenit” 45 xalla liderdi.