
Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
- 11 Apr 2023 12:30
- 361
İngiltərənin "Lester Siti" klubunun yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Din Smit çalışdıracaq.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis mövsümün sonunadək komandanın sükanı arxasında olacaq.
Xatırladaq ki, Din Smit daha əvvəl "Norviç Siti", "Aston Villa" və "Brentford" kimi klublarda işləyib.