
Premyer Liqa klubunun futbolçusu üçün mövsüm bitdi
- 15 Apr 2023 18:21
- 368
“Vest Hem”in hücumçusu Canluka Skamakka sosial şəbəkə hesabında paylaşım edib.
Rekord.az xəbər verir ki, dizindən əməliyyat olunan forvard bu barədə aşağıdakı sözləri yazıb:
“Əməliyyat olundum. Şübhə etmirəm ki, əvvəlkindən daha güclü qayıdacağam”.
24 yaşlı futbolçu mövsümün qalan hissəsində “çəkicdöyənlər”ə kömək edə bilməyəcək.
O, cari mövsümdə İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb və 8 qol vurub.