İngiltərənin “Brayton” klubu müdafiəçisi Adam Uebsterlə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitəcəkdi.

Uebster 2019-cu ildən “Brayton”un uğurları üçün çalışır. O, ötən mövsüm bu komandanın heyətində 31 matça çıxıb, 1 qol vurub.