
Premyer Liqa klubunda yeni baş məşqçi
- 22 Fev 2023 10:15
- 370
“Lids”in yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, Premyer Liqa klubu Xavi Qrasiya ilə anlaşıb.
Klub saytı İspaniyadan olan 52 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalandığını açıqlayıb.
Qrasiya baş məşqçi postunda iki həftə gün öncə istefaya göndərilmiş Cessi Marşı əvəz edib.
Bu mövsüm Premyer Liqada 23 oyuna 19 xal toplamış “Lids” 19-cu sıradadır.