
Premyer Liqa klubu 38 yaşlı qapıçı transfer etdi
- 14 Sen 2022 15:15
- 418
İngiltərənin “Everton” klubu heyətinə yeni qapıçı cəlb edib.
Rekord.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı isveçrəli Eldin Yakupoviçlə 1 illik müqavilə imzalanıb.
Komandanın əsas qolkiperi Cordan Pikford və Endi Lonerqan zədə səbəbindən sıradan çıxıb.
Eldin Yakupoviç son olaraq "Lester Siti"nin şərəfini qoruyub.