PSJ baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Xatırladaq ki, argentinalı mütəxəssis 2021-ci ilin yanvarından Paris təmsilçisini çalışdırırdı.

Onun rəhbərliyi altında komanda Fransa kubokunu və super kubokunu qazanıb, eyni zamanda tarixində 10-cu dəfə ölkə çempionu olub.

PSJ-nin yeni baş məşqçisinin Kristof Qaltye olacağı gözlənilir.