“Pley-offda "Qarabağ"la qarşılaşmağı arzulayıram” – Luis Enrike
- 17:00
- 31
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşmağı arzulayır.
Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
O, qrup mərhələsinin çətinliyini vurğulayaraq, "Monako" və ya "Qarabağ"la oynamağa hazır olduqlarını bildirib.
"Bu mərhələni keçməyin nə qədər çətin olduğunu bizdən yaxşı bilən komanda yoxdur. Ümid edirəm ki, rəqibimiz Fransa təmsilçisi olmaz. Çünki yerli komandalara qarşı oynamaqdan yorulmuşuq, başqa ölkəyə, "Qarabağ"la səfər oyununa getmək daha yaxşı olardı. Biz çətin səfər matçlarına öyrəşmişik və inanıram ki, orada da yaxşı anlar yaşayacağıq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.