
Platini: "Məhkəməyə gəlməyən cinayətkarlar da var"
- 09 İyl 2022 21:00
- 437
“Nəhayət, yeddi illik yalan və manipulyasiyadan sonra ədalətin zəfər çalmasından şadam. İnanın mənə, dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır”.
Rekord.az xəbər verir ki, bu sözləri UEFA-nın sabiq prezidenti Mişel Platini İsveçrə məhkəməsinin ona və FİFA-nın keçmiş rəhbəri Jozef Blatterə dələduzluq, yanlış idarəetmə və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı bəraət hökmü çıxarmasını şərh edərkən deyib.
O, bildirib ki, mübarizəsi ədalətsizliyə qarşıdır:
“İlk oyunda qalib gəldim. Eyni zamanda, bu məhkəməyə gəlməyən cinayətkarlar da var.
Qoy onlar mənə güvənsinlər, biz yenidən görüşəcəyik. Çünki mən təslim olmayacam və həqiqətin arxasınca sona qədər gedəcəm”.