Jerar Pike "Barselona"nın prezidenti Joan Laporta ilə görüşdə istənilən halda, "Barselona"nın start heyətində yer alacağını bildirib.

Rekord.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti və baş məşqçisi Xavi Pike ilə görüşərək futbolçunun həyat tərzini dəyişməsini tələb ediblər.

Pike söz verib ki, diqqətini yalnız futbola cəmləyəcək. O, növbəti iki il ərzində - "Barselona" ilə müqaviləsi başa çatana qədər biznesini idarə etməyi dayandıracaq.

Bundan əlavə, Jerar klub prezidentinə "Barselona"nın start heyətində meydana çıxmaq niyyətində olduğunu da söyləyib:

“Cəsarətin varsa, dünyanın ən yaxşı müdafiəçisini "Barsa"ya gətir. O, istənilən halda, ehtiyat oyunçular skamyasında oturacaq!”

Xatırladaq ki, Pikenin sabiq həyat yoldaşı Şakiradan ayrılandan sonra məşqlərdən yayınaraq gecə klublarında daha çox vaxt keçirməsi barədə xəbərlər yayılıb.