
PFL azarkeş qadağasını götürdü
- 24 Mar 2022 17:00
- 610
Azərbaycan çempionatında azarkeş qadağası ləğv olunub.
Rekord.az xəbər verir ki, bu haqda PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov məlumat verib.
"Futbol plus"a açıqlamasında o, bildirib ki, azarkeşlərlə bağlı 50 faizlik limit ləğv olunub: "Ölkədə epidemioloji vəziyyətin yaxşılaşdığından xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq, ümumi məsləhətləşmələrdən sonra martın 30-u və aprelin 1-də keçiriləcək Azərbaycan 1-ci divizionunun və aprelin 2-3-də keçiriləcək Azərbaycan premyer-liqasının 21-ci turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100 faiz olmasına icazə veriləcək. Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması üçün miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə şərti ilə) bərpa olunacaq".