İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Cordan Veretu zədələnib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, fransız futbolçunun əzələ problemi yaşadığı və aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Veretu bu mövsüm “Roma” ilə 30 oyunda 11 qol vurub.