“Payde" ilə ilk oyunda üstün tərəf biz idik” - Renato
- 16:20
- 32
"Zirə" "Payde" ilə Estoniyada keçirdiyi oyunda üstün tərəf olub.
Rekord.az xəbər verir ki, bunu komandanın futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.
O, qələbə qazanmağa çalışacaqlarını vurğulayıb:
"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, üstün tərəf biz idik. Bu dəfə daha ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik".
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.