Patrik Andrade "Qarabağ"ın yeni müqavilə təklifinə hələ də müsbət cavab verməyib.

Rekord.az-ın əldə etdiyi məlumata görə, futbolçu guya Avropadan təkliflər olduğunu desə də, əslində ona heç bir klubdan ciddi təklif yoxdur.

Daha doğrusu, "Qarabağ"ın təklif etdiyindən yüksək məbləğ təklif edən yoxdur. Futbolçu sadəcə, belə görüntü yaradaraq Ağdam klubundan daha bahalı müqavilə "qopartmaq" istəyir.