Ukraynanın “Aleksandriya” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi Ukrayna təmsilçisi Ermənistanın “Pünik” klubuyla qarşılaşıb. 

Görüş “Aleksandriya”nın 5:2 hesablı qələbəsiylə başa çatıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.