Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib.


Rekord.az xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.


Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq. 


Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.


“Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.