Özbəkistanın ən yaxşı futbolçusu seçildi
- 16:30
- 31
Türkiyənin "Başakşəhər" klubunun hücumçusu Eldor Şomurodov 2025-ci il üçün Özbəkistanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Rekord.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan milli komandasına tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandıran Timur Kapadze isə ən yaxşı məşqçi seçilib.
Qeyd edək ki, Eldor Şomurodov 2019 və 2021-ci illərdə də Özbəkistanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.