Özbəkistanda keçirilən beynəlxalq turnirdə qələbə qazanan MMA döyüşçüsü Zəfər Abdurrahmanov Xaçmazda coşğu ilə qarşılanıb.

Rekord.az xəbər verir ki, Azərbaycanın “ASED FC” liqasının və “Əhməd” klubunun MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirib.

İdmançımız özbək döyüşçüsü İkrom Abduraimovu məğlub edərək yarışın çempionu olub.

Xatırladırıq ki, təmsilçimiz aprelin 29-da Tbilisidə “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyasında erməni idmançısı Narek Qalstyanı da nokautla məğlub edərək çempion olub.

Zəfər Abdürrəhmanov “AFC-13” turnirində son döyüşündə qələbə qazanaraq bu görüşdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Çempion Zəfər Abdürrəhmanov və məşqçiləri Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin kollektivi, idman ictimaiyyəti tərəfindən qarşılanıb.