Niderland kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası “Volendam” bu mərhələdə “Sparta” ilə qarşılaşıb.


Rotterdam təmsilçisi ilə səfərdə qarşılaşan “Volendam” 2:1 hesablı qələbə sayəsində 1/4 finala yülsəlib.


Ozan bu görüşdə 90 dəqiqə meydanda olub.