
Ozan yenə qol vurdu, “Eyndhoven” darmadağına sevindi
- 10 Sen 2022 13:14
- 390
Futbol üzrə Niderland birinci divizionunda 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Maastrixt”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının 4-cü qolunu da 72-ci dəqiqədə millimizin yarımmüdafiəçisi vurub.
“Eyndhoven” 6 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.