
“Ordu” “Abşeron Lions”la bacarmadı
- 16:40
- 42
Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Abşeron Lions" və "Ordu" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, qarşılaşma "Abşeron Lions"un qələbəsi ilə bitib.
Komanda rəqibini 85:75 hesabı ilə üstələyib.
"Abşeron Lions" növbəti yoxlama matçını sentyabrın 16-da NTD-yə qarşı keçirəcək.