Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 
"Rekord.az" xəbər verir ki, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Gəncə” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan matç “Murov Az Terminal” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. 
Turun növbəti oyununda isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında baş tutan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə bitib. 
Qeyd edək ki,  10-cu turun və II dövrənin son qarşılaşması yanvarın 25-də “Abşeron” və “AZERRAIL” klubları arasında olacaq. 

Beləliklə, “Murov Az Terminal” 23 xalla (8 qələbə)  turnir cədvəlinə liderlik edir. “AZERRAIL” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa (qadınlar)
23 yanvar
“Murov Az Terminal” - “Gəncə” 3:0 (25:15, 25:21, 25:17)
“Milli Aviasiya Akademiyası” - UNEC 3:0 (25:20, 25:7, 25:10)