Azərbaycanda fəaliyyət göstərən olimpiya idman komplekslərinin fəaliyyəti yoxlanılacaq.

Rekord.az-a gənclər və idman nazirliyinə yaxın mənbədən daxil olan məlumata görə buna səbəb komplekslərin aktiv fəaliyyətinə nəzarət etməkdir.

Çünki elə kompleklər var ki, ora rəhbərlik edənlər işlərinin məsuliyyətsiz yanaşır, həmin bölgədə idmanın inkişafına ciddi şəkildə töhvə vermirlər, kompleksdə gənclərin idmanla məşğul olması yetərli şəkildə təmin olunmur.