Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 5-ci turunun növbəti oyunu baş tutub.

Rekord.az xəbər verir ki, "Xırdalan" və "NTD-İndiqo" komandalarının qarşılaşdığı oyunda Xaçmaz təmsilçisi 96:86 hesablı qələbə qazanaraq məğlubiyyətsizlik seriyasını davam etdirib.

Ən məhsuldar basketbolçularda "Xırdalan"da Cakori Arçi (24 xal, 8 ribaund), "NTD-INDIGO"da Cared Smol olub (24 xal, 4 ribaund).

5-ci turun digər oyunları ("Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") 25-26 noyabrda baş tutacaq.