
NTD ilk yerli basketbolçu transferini reallaşdırdı
- 13:45
- 32
NTD ilk yerli basketbolçu transferini reallaşdırıb.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
U-18 millisinin üzvü Derin Berközla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Berköz daha əvvəl Türkiyənin "Türk Telekom" klubunun U-19 komandasında çıxış edib. O, həmçinin Azərbaycan millisinə də dəvət olunub.