
NTD iki basketbolçu ilə müqavilə müddətini uzatdı
- 17:40
- 43
NTD Basketbol Klubu iki gənc və perspektivli oyunçusu – Murad Babayev və Oğuzxan Quliyevlə müqavilələri daha bir mövsüm uzatdığını elan edib.
Rekord.az xəbər verir ki, Murad Babayev Azərbaycan U-20 yığma komandasının üzvüdür və 2022-ci ildən etibarən NTD klubunun şərəfini qoruyur.
Oğuzxan Quliyev isə Azərbaycan U-18 yığmasının üzvüdür. O 2025-ci ilin yanvar ayından NTD-də çıxış edir.
NTD hər iki oyunçunun qarşıdakı mövsümdə də uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb.