I Liqada çıxış edən "İmişli"mim təcrübəli futbolçusu Nodar Məmmədov Rekord.az-a müsahibə verib:

 

- MOİK-ə məğlub oldunuz. Öncə oyunla bağlı fikirlərin.

- Oyuna ciddi hazırlaşmışdıq və qələbə üçün gəlmişdik. Amma alınmadı, indi növbəti oyuna hazırlaşmalıyıq ki, qələbə qazanaq. Hələ mövsümün sonuna çox vaxt var.

- Neçə müddətdir aşağı liqada oynayırsan, ötən mövsümlərlə bu mövsüm arasında hansı fərq var?

- Çox fər var. Hər bir şeydə. 5-6 komanda çempionluğa oynayır. Biz də çalışırıq ki, həmin 5-6 komandanın içində olaq.

- Qarşınıza bu tapşırıq qoyulub, ya necə?

- Yox, qarşımıza mütləq şəkildə belə tələb qoyulmayıb. Sadəcə, uşaqların öz istəyi belədi.

- Uzun müddət Premyer Liqa səviyyəsində futbol oynasan da, son illər"radarlar"dan itmisən. Nə vaxt Premyer Liqaya qayıtmağı düşünürsən?

- Bilirsiniz ki, məndə yaş da artlıq o deyil, 35 tamam olub. Bizdə də bilirsiniz ki 30-u keçdin, qoca sayılırsan. Halbuki Avropada 38 yaşına kimi də oynayırlar. Halbuki o güc bizimkilərdədə var. Sadəcə, belə düşünüb qərar verirlər, nə deyə bilərsən?

- Amma hazırda da sizin nəslin futbolçularından Premyer Liqada qalanlar var...

- Var, 4-5 nəfər də olsa, qalan var. Keçən il Elvin Məmmədov da oynayırdı, bu il Vurğun Hüseynov hələ də davam edir.

- Əgər özündə o gücü hiss edirsənsə, niyə qayıtmayasan?

- Yox, hiss edirəm. Açığı iki mövsüm öncə, "Qaradağ Lökbatan"la çempion olan ili təklif gözləyirdim, onda 33 yaşım var idi, üstəlik də Premyer Liqada iki komanda artı. Amma təəssüf ki, təklif olmadı.

- Ölkə xaricindən təklif almamışdın ki? Məsələn, Türkiyənin aşağı liqa komandalarından...

- 2016-17-ci il mövsümündə "Turan Tovuz"la I Divizionda çempion olandan sonra getmişdim. Sonra dedilər "Xəzər" elitaya çıxacaq mən də qayıtdım. Amma nədənsə 4-5 futbolçunu aparsalar da, məni aparan olmadı...

- Səbəb nə olmuşdu?

- Bilmirəm, məşqçilərin qərar belə olmuşdu.

 

Kənan MƏSTƏLİYEV