Niderlandın “Ayaks” klubuna yeni idman direktoru təyin olunub.

Rekord.az xəbər verir ki, bu post Sven Mislintata tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyalı mütəxəssisin müqaviləsi may ayında qüvvəyə minəcək. Tərəflər arasındakı sözləşmə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Sven Mislintat son olaraq “Ştutqart”da eyni vəzifədə çalışıb. O, Bundesliqa təmsilçisindən 2022-ci ilin noyabrında ayrılıb. “Ayaks”ın yeni idman direktoru daha əvvəl “Arsenal” və Dortmund “Borussiya”sında sa çalışıb.