
Neymar hakimləri tənqid etdi
- 17 Sen 2022 16:21
- 433
PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Hayfa “Makkabi”si ilə oyundan sonra (3:1) hakimləri tənqid edib.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə “tvitter” hesabında yazıb:
“İdmançıya tam hörmətsizlik! Ola bilməz! Sadəcə heç nə etmədiyim üçün sarı vərəqə alıram. Bəs hakim? O, səhv olduğunu belə, demədi! Bu, tam hörmətsizlikdir”.
Neymar qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. 30 yaşlı braziliyalı forvard “Makkabi” ilə oyunda bir qol vurub.