
Netonun yeni klubu məlum oldu
- 13:30
- 40
"Arsenal" və "Yuventus"un sabiq futbolçusu Netonun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 36 yaşlı qapıçı "Botafoqo"ya keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qapıçı "Bornmut"dan ayrıldıqdan sonra azad agent olduğu üçün klubu pulsuz keçib.
Ötən mövsüm Neto cəmi 4 oyun keçirib və o, 4 qol buraxıb.