
"Neftçi"nin yetirməsi İspaniya klubu ilə müqavilə bağladı
- 08 Sen 2022 12:00
- 628
Daha bir azərbaycanlı futbolçu yenidən legioner həyatı yaşayacaq.
Rekord.az xəbər verir ki, ötən mövsümü Şimali Makedoniyada - “Renova”da keçirmiş Nazim Məmmədzadə İspaniyaya yollanmağa hazırlaşır.
“Neftçi-2”də çıxış etmiş yarımmüdafiəçi "Moralo" ilə anlaşıb. O, İspaniyanın 5-ci liqasında yarışan klubla birillik müqavilə imzalayacaq.