
“Neftçi”nin sabiq prezidenti “Roma” - “Zalsburq” matçına təyinat aldı
- 21 Fev 2023 21:29
- 400
“Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
Rekord.az xəbər verir ki, o, İtaliyada "Roma" və Avstriya "Zalsburq"u arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Fevralın 23-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi mininal hesablı qələbə qazanıb – 1:0.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.