"Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya mətbuatına maraqlı açıqlama verib.

Rekord.az xəbər verir ki, çexiyalı mütəxəssis Aleksandr Kokorinlə Pavel Mamaevin ustalıq səviyyəsini müqayisə edib.

Petrjela müqayisədə Kokorini daha üstün tutub: “Kokorin və Mamaev Rusiya futbolunda ən əyləncəli duetdir. Amma təəssüf ki, onlar oyunlarından daha çox pis vərdişləri ilə gündəm olurlar. O ki qaldı bu futbolçuların ustalıq səviyyəsinə, Mamaev orta səviyyəli futbolçudur, Kokorin isə daha istedadlıdır. Mamaevə karyerasını başa vurandan sonra nə məsləhət görərdim? Məşqçi olması çətindi, onu bu rolda görmürəm. Ümid edirəm, ürəyincə olan işi tapa biləcək".

Qeyd edək ki, 34 yaşlı Mamaev 1 ilə yaxındır futbol oynamır, onun sonuncu klubu 2022-ci ilin fevralında "Ximki" olub.