Premyer-liqanın 6-cı turunda “ASCO Arena”da “Səbail” “Neftçi”ni qəbul etdi.

Derbidə sevinən tərəf “ağ-qaralar” oldu. Flaqman qələbə qazansa da, baş məşqçi Samir Abasov yenə şikayətçi idi. Oyundan sonra keçirilən mətbuat konfransında arenanın ot örtüyünün pis olduğunu, futbolçuların bəzilərinin zənglə özlərinə yeni buts gətirdiklərini söylədi. Bəs həmin oyunçular kimlər idi?

Sualımızı “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev cavabladı:
 

“Vallah, mən də bilmirəm, hansı futbolçular özləri əlavə buts gətirmişdi. Yəqin yenilərdən biri olub. Suni meydan olduğunu hamı başa düşür. Amma burda vəziyyət lap pis idi. Oyunçularımızın butslarını dəyişmələri başadüşüləndi. Çünki onlara əvvəlcədən deyirsən ki, suni meydandı. Futbolçu da buna uyğun buts götürür özü üçün. Sonradan gəlib görür ki, vəziyyət lap pisdi. Futbol oynamaq üçün əlverişsizdi. Məsələn, Tyaqo bilirdi ki, arena suni örtüklüdü. Lakin belə bərbad olacağını düşünmürdü. Bu səbəbdən də kənardan yeni buts gətizdirdi”. ("Futbol plus")