"Neftçi"nin dünənki məşqi baş tutmadı: evə gedin, məşqçi yoxdur
- 16 İyn 2022 11:00
- 755
Yeni mövsümün hazırlığına başlamalı olan "Neftçi"nin futbolçuları klubun bazasına gediblər.
Rekord.az sportal.az-a istinadla xəbər verir ki, "ağ-qaralar"ın bu günə nəzərdə tutulan məşqi baş tutmayıb.
Futbolçulara bildirilib ki, komandanın baş məşqçisi yoxdur və buna görə də məşq olmayacaq. Oyunçulara yeni məşqçi təyin olunana kimi fərdi qaydada hazırlaşmaqları deyilib.
Qeyd edək ki, Samir Abasovla yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi hələ müəyyənləşməyib.
Bu gün UEFA Konfrans Liqasının püşkü atılıb və paytaxt təmsilçisi Kiprin "Aris" klubuna rəqib olub.