Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin "Sakaryaspor"a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.

Rekord.az xəbər verir ki, bu barədə Sakarya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 6-da oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da yox, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub. Görüş "Esentepe" hotelinin meydançasında baş tutacaq.

“Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.