Bildiyiniz kimi, bu yaxınlarda mətbuata açıqlama verən AFFA-nın icraçı vitse-prezident-baş katib  Elxan Məmmədov "Neftçibaza"nın qazonun sıradan çıxdığını və yenilənməyə ehtiyacı olduğunu vurğulamış, bunun üçün Oqtay Abdullayevə xəbərdarlıq etdiyini demişdi.


Rekord.az-ın əldə etdiyi məlumata görə, yeni qazon üçün ən azı 200 min manat xərc lazımdır.


Abdullayev bildirib ki, bu qədər vəsaiti vermək istidarında deyil. AFFA isə bir qəpik də olsun pul vermək fikrində deyil. Çünki "Neftçibaza" AGİN-in balansındadır. İş ondadır ki, nazirlik də sözügedən bazaya pul ayırmaq niyyətində deyil.