Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gələn "ağ-qaralar" 3:1 hesablı qələbəyə seviniblər.


Bakı klubunun qollarını Andrey Ştoqrin (9), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurublar.


"Ağ-qaralar" daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib. Qazaxıstanın "Kayrat" komandasını üç cavabsız qolla üstələyib.