Saman Nərimancahanın özünü yaxşı tərəfdən göstərməsi "Neftçi"nin yenidən İran bazarına üz tutmasına səbəb olub.

Rekord.az-a daxil olan məlumata görə "ag qara"lar yayda İrandan daha bir futbolçu transfer etməyi düşünür.

Artıq İranın yükək liqasında çıxış edən bir neçə futbolçunun oyunu yaxından izlənilir. Əldə etdiyimiz məlumata görə yayda həmin futbolçulardan biri klubun düşərgəsinə dəvət alacaq.