
“Neftçi” üzərində inamlı qələbə qazanmağımız yaxşıdır”
- 20 Yan 2023 14:30
- 408
Serbiyanın “Srvena Zvezda” komandasının baş məşqçisi Miloş Miloyeviç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında 1:0 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrinin çıxışından razı qaldığını bildirib:
“Neftçi” üzərində inamlı qələbə qazanmağımız yaxşıdır. 60 dəqiqə meydanda qalan futbolçular yaxşı mübarizə apardılar. Asan olmasa da, göstərdilər ki, mentaliteti yüksək səviyyəyə qaldıra bilirlər. Üstəlik, lazımi intensivlik var idi. Az şans əldə edən futbolçulara üstünlük versək də, onlar çox qol imkanı yaratdılar. Bu da müsbət haldır. Onlar “Srvena Zvezda” forması altında oynamaqdan həzz aldılar”.