
"Neftçi" Ukraynada oynayan azərbaycanlını transfer etmək istəyir
- 14 Sen 2022 12:00
- 585
“Neftçi” qış “transfer pəncərəsi”ndə heyətini daha bir yerli futbolçu ilə gücləndirmək niyyətindədi.
Rekord.az xəbər verir ki, flaqman Ukrayna çempionatında çıxış edən Emil Mustafayevlə yaxından maraqlanır.
“Aleksandriya”nın heyətində möhkəmlənə bilməyən yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirməyə razıdı. Artıq Ukrayna millisində çıxış edə bilməyəcəyini də anlayan 20 yaşlı pleymeyker “Neftçi”nin təklifini müsbət qarşılayır. Flaqman yarımmüdafiəçini qışda icarə əsasında transfer etmək niyyətindədi. “Aleksandriya” bu təklifi qəbul etməsə, “ağ-qaralar” milli üzvünü müəyyən məbləğ ödəyərək “rənglərinə bağlayacaq”.
Qeyd edək ki, Emil Mustafayev U-21 millimizin üzvüdü. O, yığmda 3 oyun keçirib. ("Futbol plus")