"Neftçi" bu gün Boluda Türkiyənin "Qaziantep" klubu ilə yoxlama oyunu keçirib

Rekord.az xəbər verir ki, matç superliqa təmsilçisi rəsmi "yutub" kanalında yayınlanırdı.

Lakin matçın 20-ci dəqiqəsindən sonra Türkiyə klubu efiri dayandırıb. Buna səbəb "Neftçi" olub. "Ağ-qaralar" Qaziantep təmsilçisindən yayını dayandırmağı tələb edib.

Kanal izləyicilərindən üzrxahlıq edərək yayını dayandırmaq məcburiyyətində qalıb. Efir zamanı oyunu izləyənlərin diqqətinə bu mesaj çatdırılıb:

"Neftçi" tərəfinin tələbi səbəbindən yayını dayandırırıq. Rəqib gələn həftə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində oyuna çıxacaq. Bu səbəbdən də "Neftçi" matçın canlı yayınlanmasını istəmir".

Qeyd edək ki, flaqmanın yeni baş məşqçisi Laurentsiu Regekampf eyni səbəbdən Boluda keçirilən digər qarşılaşmaların da canlı yayınlanmasını istəməyib. ("Futbol plus")