"Neftçi" Rumıniya klubuna uduzdu
- 22:05
- 31
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Yuri Vernidubun komandası "ÇFR Kluj" ilə üz-üzə gəlib.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində Bassala Sambu fərqlənib.
"Neftçi" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.