
“Neftçi” “Qəbələ”nin müdafiəçisinə 12 min maaş təklif edir
- 20 Dek 2021 15:00
- 1148
“Qəbələ”ni “Neftçi”yə dəyişən və paytaxt klubunda idman direktoru kimi fəaliyyətə başlayan Zaur Əzizovun ilk işi deyəsən “Qəbələ”nin aparıcı futbolçularının “Neftçi”yə transferi olacaq.
Rekord.az xəbər verir ki, artıq bu yöndə Ruan Renatonun adı hallanmağa başlayıb.
Belə ki, “ağ qaralar”ın onunla ciddi şəkildə maraqlanması haqda məlumat yayılıb ki, burada da əsas rolu məhz Əzizovun oynadığı deyilir. Renatonun “Qəbələ” ilə müqaviləsi 1+1 illikdi. Lakin müqavilənin şərtlərinə görə, əgər “Qəbələ” müdafiəçinin bəyənib saxlamaq istəsə +1 illik müqavilə üçün Renatonun maaşı qaldırılmalıdır. Bizə çatan məlumata görə isə “Neftçi” artıq Renatoya aylıq 12 min dollar maaş təklif edib. Lakin istənilən halda, mövsümün sonunu gözləmək lazım gələcək, çünki “Qəbələ”nin qışda Renatonu buraxacağı inandırı deyil.