
“Neftçi” “Qəbələ” ilə oyuna 2 itki ilə çıxacaq - VİDEO
- 14 Apr 2023 18:17
- 352
“Neftçi”nin iki futbolçusu - Ataa Caber və Vato Arveladze Premyer Liqanın XXX turunda “Qəbələ” ilə bu gün keçiriləcək matçı buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib.
“Ağ-qaralar”ın televiziyasına danışan həkim onların hələ də fərdi məşqlərlə kifayətləndiyini bildirib. Digər oyunçuların hamısı məşqçilər korpusunun ixtiyarındadır.
Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçına saat 20:00-da start veriləcək.